Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə konsert təşkil olunacaq

 

Abdulla Tukay adına Tatarıstan Dövlət Filarmoniyası Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert proqramı təşkil edəcək.

Oktyabrın 1-nə nəzərdə tutulan konsert proqramında Azərbaycan, Rusiya və Tatarıstanın vokal ifaçılarından olan Cavid Səmədova, Yevgeni Kunqurov, Boris Dyakov, İrina Kostina, İqnat İzotov və Rezeda Qalimovanın ifasında görkəmli sənətkarın repertuarından olan ən məşhur mahnılar səslənəcək. Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya proqramın fəxri qonağı kimi konsertdə iştirak edəcək.

Xudaferin.eu
Tatarstan, “Kazan Bürosu”

09:42