Tanrı Dağına UNESCO-nun diqqət mərkəzində

Özbəkistan ərazisindən keçən Tanrı Dağlarının (yalnış olaraq bu dağın adı uluslararası birliklərdə çinləşdirilmiş şəkildə Tyan-Şan adlandırılır) transsərhəd dağları UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Krista Pikkat bununla bağlı sertifikatı bu ölkənin Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri Baxtiyar Abdusalamova təqdim edib.

Krista Pikkal mərasimdə Novruz bayramının və özbək plovunun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olunması ilə əlaqədar sertifikatı da təqdim edib. Krista Pikkat deyib ki, təbii, mədəni və qeyri-maddi irsin UNESCO-nun siyahısına salınması Özbəkistanın nüfuzunu dünyada daha da artırır. Xatırladırıq ki, 2016-cı il iyulun 17-də Tanrı Dağlarının (Tyan-Şan) Mərkəzi Asiya hissəsini əhatə edən Özbəkistan, Qazaxıstan və Qırğızıstan əraziləri UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:38