Tanınmış şuşalı avtoritetlərin xatirəsini ehtiramla anırıq

Kriminal aləmdə də şuşalıların rolu böyük olmuşdur. Çox maraqlıdır ki, Şuşanın Kəllə Sabir, Kəllə Telman, İsgəndər Vəzir və onlarca adam təkcə Qarabağda yox, bütün Şimali Qafqazda, bəzi hallarda SSRİ-də tanınmışdır. Onların ortaq cəhətlərindən biri də savadlı və təhsilli olmasında idi. Müəyyən səbəblərə görə onların əksəriyyətinin adını qeyd edə bilmirik. Bir çoxları həbs həyatından sonra ali təhsil alaraq həyatlarına müəllim, mühəndis, iqtisadçı kimi vurmuşlar. Avtoritet Kəllə Sabir Pedaqoji Kollecdə dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstəmişdir. Şuşada yetişən belə insanlar həmişə haqq-ədalətin tərəfində olmuşdur. Şuşada avtoritet kimi "Dayı-dayı" ləqəbi ilə tanınan İbiş Məmmədov (prokuror Qambay Məmmədovun böyük qardaşı) ağsaqqal sayılar, hər zaman istər Şuşada, istər Şuşa ətrafı yerlərdə, yəni Ağdamda, Hındarxda, Cəbrayılda, Qarabulaqda, Bərdədə və s. yerlərdə erməni özbaşınalığının qarşısını qətiyyətlə alardı. "Zerkalo Klara" ləqəbi ilə tanınan Klara Yusifzadə də belə insanlardan idi. Təəssüf ki, onun həyatı haqqında çox az arxiv materialları qalmışdır.

Klara Yusifzadə 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı “KlaraYusifzadə Ağababa oğlu” yazılıb. Zerkalo Klara kişi qeyrətli qadın “Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya diyib ki, "Qadından Oğru olmaz".. Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları "Vorovixa" kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə “Pəncəli Aslan” və “Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi “banda”nın üzvü olub. Həmin məşhur “banda” Azərbaycan tarixində Cəmşid Əmirovun “Qara Volqa” əsəri ilə tanınıb.

xudaferin.eu

19:31