Tanınmış kinooperator Əlisəttar Atakişiyevin xatirəsi anılacaq

 

Martın 29-da Dövlət Film Fondunda tanınmış kinooperator və rejissor, Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsi anılacaq.

Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə gerçəkləşəcək tədbir çərçivəsində əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılacaq. Tədbirdə sənətkarın sənət fəaliyyəti ilə yanaşı, milli kinomuzun inkişafındakı xidmətləri vurğulanacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, “Arşın mal alan”, “O olmasın bu olsun”, “Bir qalanın sirri”, “Fətəli xan”, “Sehrli xalat”, “Səhər nəğməsi” və digər onlarla filmin quruluşçu operatoru və rejissoru olan Ə.Atakişiyev 1990-cı ildə Moskvada vəfat edib.

Xudaferin.eu

05:53