Tanınmış aktrisa yad ediləcək

Dekabrın 17-də Azərbaycan Dövlət Musiqili Teatrında Əməkdar Artist Zemfira Quliyevanın 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Tədbirdə aktrisanın həyat və yaradıcılığından danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Tədbir çərçivəsində dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikihissəli operettası nümayiş ediləcək. Tamaşaçıların xatirəsində işıqlı iz qoyan aktrisa vaxtilə bu ölməz səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

30 ildən çox çalışdığı Musiqili Teatrda onlarla yaddaqalan obraza səhnə həyatı verən aktrisa yaratdığı obrazlarla tamaşaçıların sevgi və rəğbətini qazanıb.

Xudaferin.eu

19:29