“Taliban” Əfqanıstanın daha bir yaşayış məntəqəsində nəzarəti ələ alıb

 

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinin Kalayi-Zal qəzasında nəzarəti ələ keçiriblər.

Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, yaraqlılar Kalayi-Zalı mayın 6-da, Əfqanıstan təhlükəsizlik qüvvələri ilə iki gün davam edən ağır döyüşdən sonra tutublar. Hücum zamanı ölənlərin və yaralananların dəqiq sayı barədə informasiya verilmir.

Aprel ayının sonlarında “Taliban” Əfqanıstanda ənənəvi “bahar hücumlarına” başladığını elan edib. 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarını zəbt edən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da fəallığını artırıb.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:17