Taleyin ümidinə buraxılmış veteran ailəsi...

 

Bu günlərdə sosial şəbəkələrdə müharibə veteranı Mahir Salman oğlu Rzayevin acınacaqlı həyatı barədə yazılanlar və evindən çəkilmiş fotolar hər kəsin diqqətini cəlb elədi. Əgər ona ev demək mümkün olarsa…

Xeber365.com-a bu barədə məktub daxil olub. Məktubda veteranın və ailəsinin çətin durumda olduğundan bəhs edilir: “Bakı-Sumqayıt şossesinin Sumqayıta dönəcəyi yerə yaxın,yolun sağ tərəfində su gölməçəsinin yanında 10-15 ev gözə dəyir. Bu evlərin arxasında üstündə Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı bir vaqon diqqət çəkir. Bu, Mahir Rzayev və ailəsinin yaşadığı ünvandır. Ətrafda antisanitariya hökm sürür. Evlər və bu vaqon, demək olar ki,suyun içərisindədir. Müxtəlif xəstəliklərin mənbəyi olan rütubət və burda yaşayanların acınacaqlı vəziyyətləri göz önündədir. Dar, uzun vaqonda böyük bir ailənin yaşaması inanılmaz görünsə də, bu, realdır.

Vaqonda gözə dəyən yeganə şey televizordur.Bircə dənə də sınıq-salxaq stul var. Ailənin 6 uşağı var. Laçının (qız uşağıdır) 20, Canərin 19, Ruhiyyənin 18, Sevanənin 15, Salmanın 13 və sonbeşik Selcanın 9 yaşı var. Bu uşaqlar təhsilin nə olduğunu bilmirlər. Bəli,əziz oxucularım,bu ailədə uşaqlar məktəbin nə olduğunu bilmirlər....

Ailətəsadüfi gəlirlə dolanır. Maraqlı burasıdır ki, ana qaçqın ola-ola, uşaqların sənədlərində Laçın rayınunda qeydiyyatları ola-ola bu ailədən heç kim qaçqınlıq müavinəti almır. Gözümüzün önündə taleyin hökmünə buraxılmış bir ailə var. Sabahın əsgərlərinə, sabahın analarına bu cür biganə qalmaq olmaz”.

xeber365.com

05:54