"Tac"la vurulan sabiq icra başçısı "parnik" açdı - Pomidor-xiyar biznesi

 

Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov istixana biznesinə başlayıb.

Tahir Kərimov Salyan rayonunun Qaraçala qəsəbəsində istixana kompleksi inşa etdirib. Bir neçə hektarlıq ərazidə salınan istixanada pomidor və xiyar becəriləcək. Sözügedən istixanaya Tahir Kərimovun oğlu nəzarət edir. 

Xatırladaq ki, Tahir Kərimov prezident İlham Əliyevin 4 mart 2016-cı il tarixli sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə isə Sevindik Hətəmov təyin edilib.

Tahir Kərimov bayram tədbirində çəkildiyi deyilən şəkilləri sosial mediada yayılandan sonra postunu itirdi. Şəkillərdə icra başçısı bir qrup məktəblinin əllərində saxladığı gül tağının altından keçir. Facebook və Twitter istifadəçiləri şəkli paylaşaraq təəccüb, istehza və qəzəb dolu status və şərhlər yazıdılar. Və bu səs-küy özünü "kiçik padşah” hesab icra başçısının "vurulmasıyla" nəticələndi. Onu da bildirək ki, Tahir Kərimov bir zamanlar kriminal aləmdə “Fırtına Həsən” ayaması ilə tanınan və əslən Naxçıvandan olan avtoritetin bacısı oğludur. O, icra başçısı vəzifəsində işləyən zaman Salyanda əhali ona “Zəli Tahir” ayamasını vermişdi.

Ölkə.Az

09:30