ŞUŞADA PARAD EDƏN ORDU KOMANDANININ ADI AZƏRBAYCAN TÜRK TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILACAQ.

Anası əsirlikdə qalan oğulun toyu vaya dönər.....Nəyi bayram edirsən?...
ANAMIZ ŞUŞAMIZ ƏSİRLİKDƏDİR
Canım Şuşa.Bizdən uzaq düşən Şuşamız.Məkkəmiz Mədinəmiz Şuşamız.
Səni qoruya bilmədik.
Niyə biz ölmədik, səni düşmənə təslim etdik.
Anam Şuşam. Qibləm,Qibləgahım Şuşam.
Sən Azərbaycan Türkünün ismət qalası,namus tacısan.
Sən torpaq,şəhər,kənd deyilsən,sən evlərdən,küçələrdən,əmlakdan ibarət,cansız bir qala deyilsən.
*SƏN AZƏRBAYCANIN ƏN UCA ZİRVƏSİ,ŞƏRƏF VƏ LƏYAQƏT TİMSALISAN.*
-* Şuşam mənim,sevgimizin müqəddəs yeri,millətimizin səs zinyəti. Allahın bizim millətlə ünsiyyət saxlayacağı səsin məkanı,ilahinin millətimizlə görüş məkanı.Muğamlarımızın beşıyi,ana laylamız qədər doğma Şuşamız.
-*Biz sənsiz qalmışıq.Hər bir millət səni qorumaq üçün son əsgərinə qədər qırılardı,amma səni düşmənə təslim etməzdi,biz ölmədik,biz erməni kimi iyrənc bir quldura səni təslim edib, oturub şərəfsizcəsinə yaşayırıq.
Sənsiz yaşayırıq,musiqisiz,mənəviyyatsız yaşayırıq.Əlimizi uzatsaq çatar sənə,uzada bilmirik,
Bəlkə biz sənə layiq deyilik daha, bəlkə o qədər qeyrətsizləşmişik ki,sənin kimi müqəddəs bir məkana biz sahib deyilk?
EY AZƏRBAYCAN TÜRKÜ!,sən havasız,susuz yaşaya bilərsən,sən çörəksiz yaşaya bilərsən,sən dinsiz yaşaya bilərsən, Şuşasız yaşamalı deyilsən.
Sən Şuşasız yaşaya bilmərsən. Bu elə bir hadisədir ki,bunu ayıq başla anlamaq mümkün deyil.
-Sənİ sörxoşmu edib aldılar əlindən nazənin Şuşanı?
-Səni yatızdırıb,qaranlıq röyalara qərq etdilərmi,getdi əlindən zəfər tacın Şuşa?
-Səni bihuşmu etdilər,aldılar əlindən gövhər Şuşanı?
Bu qaranlığın axırı olmayacaqmı,göz bəbəyin Şuşan gedib əlindən türk igidi.
-Ağzımızın dadı gedib türk kişisi,kişiliyimiz, qeyrətimiz gedib,Şuşa ilə birlikdə.
Ayıl aç gözlərini,başına gələn fəlakətin acı fəryadını hiss et,ayıl!
Can evin sökülüb,illərdir Şuşasız qalmısan,sən buna necə dözürsən?
Yad dildə,yad nəfəsdə,yad xislətli düşmən gəzir bağrında Şuşanın.
Sən bu fəlakətin təsirin hiss edirsənmi?
Bu bizim canlı varlığımızdır,onu düşmən əlindən xilas etməyin zamanı deyilmi?
Kim kəsə bilər türk igidinin qarşısın,hansı nakəs,sənin namus tacını geri qaytarmağa sənə icazə vrməz?
-Qalx ayağa! Bozqurd, yoxsansa,var ol!
ŞUŞA ADLI ANAN ƏSİRLİKDƏDİR.
Cəhənnəm olsun dünyanın bütün naz nemətləri bacın əsirlikdədir, bakirə Şuşan əsirlikdədir.
Qalx ayağa! ya namusumuzu təmizləyək,ya da intihar edək bir millət kimi,bundan sonra bizim yaşamaq haqqımız yoxdur Şuşasız,yoxdur anasız.
QOY DAĞILSIN DÜNYA,QOY VİRAN OLSUN YERLƏR, GÖYLƏR. MİLLƏTİMİN CAN EVİ ƏSİRLİKDƏDİR.BİZ ONU AZAD ETMİYİNƏ QƏDƏR, MİLLİ ŞƏRƏFDƏN DANIŞMAĞA HAQQIMIZ YOXDUR.
 
Şakir Ulubəy.

13:05