Suriyadakı müxaliflər bir araya gəldilər

Türkiyənin dəstəklədiyi şəxs birləşmiş müxalifətin lideri oldu

Suriyanın aparıcı müxalif qrupları  “Heyət Təhrir Şam” (Şamı Azadetmə  Heyəti) adı altında birləşdiklərini açıqlayıb. Yeni təşkilata  Türkiyənin rəsmən dəstək verdiyi müxalif  “Ahraruş Şam” qruplaşmasının keçmiş lideri və hazırda  şura üzvü olan Əbu Cabir  rəhbərlik edəcək. Türkiyə mediasının yazdığına görə, birləşmə prosesinə  qatılan qruplaşmalar  ləğv edilib və bundan sonra “Heyət Təhrir  Şam” adı altında fəaliyyət göstərəcək. Prosesə qatılan bütün qruplar İŞİD, Əsəd rejimi və PKK-nın Suriya qolu PYD ilə vuruşan qruplaşmalardır. Qeyd edək ki, Suriya müxalifətinin yeni lideri Əbu Cabir Türkiyə ilə yaxınlığı ilə tanınır. Bununla yanaşı, o da bəllidir ki, Suriyanın yaxın gələcəkdə regional və siyasi müstəvidə durumunun bəlirsiz olması, Qərb, Rusiya və BMT-nin bu prosesdə aydın olmayan mövqeləri sonucu olaraq, Türkiyə belə bir addımı atmaq zorunda qalmışdır. Türkiyənin sınırları çevrəsində süni şəkildə yaradılması planlaşdırılan “Suriya Kürdüstanı”, “İŞID Şam Dövləti” və digər strateji hədəflər sonucda bölgə dövlətləri üçün böyük bir təhlükə mənbəyi olaraq görülür. Bütün dünyanı sarsıdan İŞID-ın adı altında baş verən və on ildən çoxdur davam edən qlobal terror siyasətinin qarşısını almaq üçün beynəlxalq birlik indiyə kimi hər hansı ciddi addımları atmamışdır. Türkiyə Ortaa Doğunun ən güclü bir dövləti olmaqla addım-aadım bu məsuliyyəti öz üzərinə götürmək zorunda qalmışdır.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

11:06