Suriyada İŞİD başçıları məhv edildi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus helikopterlər İŞİD terror təşkilatının yaraqlılarını Suriyanın Deyr-əz-Zor bölgəsində məhv edib.

Xudaferin.eu bu barədə SANA agentliyinə istinadla xəbər verir.

Yerli mənbələrin bildirdiyinə görə, İŞİD-in yüksək rütbəli komandirləri ərazidən təxliyyə zamanı öldürülüblər.

Hazırda İŞİD terrorçuları Deyr-əz-Zorun şərqində gizlənirlər.

Xudaferin.eu

10:12