Suriyada diktator Əsəd rejimi atəşkəsi növbəti dəfə pozdu

 

Suriyada atəşkəs rejimini pozmağa davam edən diktator Bəşər Əsəd rejiminin ölkənin şimal-qərbindəki İdlib şəhərinin Maaret əl-Masrin səmtinə təşkil etdiyi hava hücumunda 7 mülki vətəndaş həlak oldu.
 

Mülki müdafiə rəsmisi Yəhya Cavad Suriya ordusuna aid qırıcının müxaliflərin nəzarətində olan İdlibin şimalındakı Maaret əl Masrin səmtində dinc yaşayış məntəqələrini bombaladığını bildirdi. Cavad bombardman nəticəsində 7 mülki vətəndaşın həlak olduğu, 12 nəfərin yaralandığı barədə məlumat verdi, hücuma məruz qalan bölgədə çox sayda evə də böyük maddi zərərin dəydiyini qeyd etdi.

Qeyd edək ki, Suriyada münaqişə tərəfləri arasında Türkiyə və Rusiyanın təminatı ilə əldə olunan atəşkəs dekabrın 30-da qüvvəyə minib. Qazaxıstanın paytaxtı Astanada 23-24 yanvar tarixlərində keçirilən Suriya danışıqlarında Türkiyə, Rusiya və İran atəşkəsin pozulması hallarının qarşısının alınması məqsədilə üçlü monitorinq qrupu yaradaraq bu prosesin mexanizminin yaradılması ilə bağlı razılıq əldə ediblər.

Xudaferin.eu

 

08:58