Suriyada deeskalasiya bölgələrinin sınırlarını zəmanətçi ölkələrin işçi qrupu müəyyən edəcək

 

Türkiyənin təşəbbüsü və Rusiyanın dəstəyi ilə razılaşdırılan Suriyada deeskalasiya zonalarının yaradılmasına dair qərar Astana danışıqlarında müqaviləyə çevrildi.

Suriyada atəşkəsin zəmanıtçiləri olan Türkiyə, Rusiya və İran müqaviləyə imza atdılar.

Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, İdlib vilayəti bütünlüklə, Lazkiye, Hələb, Hama, Homs, Şərqi Quda, Deraa və Kuneytra vilayətlərinin bəzi hissələrində deeskalasiya zonaları yaradılacaq. Deeskalasiya zonalarının sərhədləri və tətbiqinə dair təfərrüatlar və aktları 3 zəmanətçi ölkə tərəfindən yaradılacaq işçi qrupu müəyyən edəcək. Müvəqqəti tədbir olduğu bildirilən deeskalasiya zonaları ilk fazada 6 ay keçərli olacaq. Zəmanətçi ölkələr razılıq əldə etdiklər halda bu müddət avtomatik olaraq uzadılacaq. Deeskalasiya zonalarında Suriya rejimi ilə atəşkəsdə iştirak edən, və ya iştirak edəcək silahlı müxalif qruplar arasında aviasiya uçuşları daxil olmaqla hər növ silahlı münaqişə dayandırılacaq. Bu bölgələrə humanitar yardımların ən sürətli şəkildə çatdırılması təmin olunacaq.

Nəzarət və müşahidə məntəqələrinin fəaliyyət göstərməsi və deeskalasiya zonalarının idarə olunması zəmanətçi ölkələrə aid qoşunlarla razılaşma əsasında həyata keçiriləcək. Terror təşkilatları ilə mübarizə deeskalasiya zonalarında və onlardan kənarda davam edəcək. Birbaşa hərbi qarşıdurmaların qarşısının alınması üçün deeskalasiya zonaları boyunca təhlükəsiz rayonların yaradılması nəzərdə tutulur.  

Zəmanətçi ölkələrin işçi qrupu isə iyunun 4-dək Suriyada gərginlik və deeskalasiya rayonlarının xəritələrini hazırlayıb başa çatdırmalıdır. Birgə İşçi Qrupu Astanadaki Suriya mövzusunda yüksək səviyyəli görüşlərdə fəaliyyətləri haqqında hesabat təqdim edəcək.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:56