Suriyada böhranın çözüm yolu

Nasir Əl Həriri:”Terrorizimlə mücadilənin yolu İranın varlığını Suriya engelleməkdən keçər”

 

Suriyayala bağlı Cenevrədə baş tutan sayca 4-cü görüşlərə qatılan ölkə müxalifətinin lideri Nasir Əl Hariri çıxışında beyinləri qarışdıracaq açıqlamalar verib. Nasir Əl Həriri çıxış edərək bildirib ki, terrorizimlə ciddi mübarizə aparmağın yolunun ədalətli siyasi keçiddə və Suriyada İranın varlığını əngəlləməkdə olduğunu qeyd edib.

Təhlükəsiz bölgə yaradılmasını vurğulayan Həriri, həmin bölgənin savaşdan qaçan mülki vətəndaşların qurtarılması üçün lazımlı olduğunu bildirib.
Müxalifətə baölı hərbi qruplar adından danışan Fateh Hassın isə Bəşər Əsəd rejminin İranın nəzarəti altında olduğu üçün Rusiyanın onu öz nəzarətinə ala bilmədiyini vurğulayıb.  

Xatırladaq ki, işğalçı İran rejmi Suriyada diktator Bəşər Əsəd rejmi ilə birlikdə günahsız əhalini qətl etməkdə davam edir. Bunun tək səbəbi isə, əhalini süni şəkildə çeşidli dini təriqət və məzhəblər anlamına bölməklə, “şiə” inanclıların müdafiəsi kimi təlqin etmək siyasətinə bağlı olmasıdır. İran mollakratiya rejiminin azından 100 minlik peşəkar ordusu Suriyada diktator Bəşər Əsəd rejiminin müdafiəsi üçün döyüşür. Adını bölgə “şiələrinin insani hüquqlarının müdafiəsi” qoymaqla ölkədə vətəndaş savaşının alovlanması düsturu ilə hərəkət edilir.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

09:07