Suriya Türkiyədəki qanlı terrorlarla əlaqəsi olduğunu etiraf etdi.

Suriyada 40 ildən çoxdur iqtidarda olan BƏƏS (Ərəb Milliyyətçi Sosialiast) Partiyası indiki lideri, diktator Hafiz Əsədin diktator oğlu Bəşər Əsədin nəzarətindəki Məclisin baş katibi Xalid Abbud kəşfiyyatın terror təşkilatı DEAŞ-ın içinə sızaraq istiqamətləndirdiyini açıqlayıb. Abbud Suriya televiziya kanalında yayımlanan proqramda rejimin terror təşkilatı DEAŞ ilə əlaqələrini ifşa edib.

Bəşər Əsədə ən yaxın kadrlarından biri hesab olunan, tanınmış siyasətçi və eyni  zamanda millət vəkili olan Xalid Abbud deyib ki, “DEAŞ”, “Əll Nusra” kimi təşkilatlar haradadır? Əlbəttə ki, Dəməşq ətrafında yerləşiblər. Bəs, nə üçün Dəməşqdə partlayış törədilmir? Suriyanın təhlükəsizlik idarələri, kəşifyyatı, belə təşkilatların içinə sıza bildi. Nə üçün Türkiyənin bəzi şəhərlərində partlayışlar törədilir? İordaniyada təhlükəsizlik qüvvələrinə yönəldilmiş hücumlara da nəzər salın. Suriya rejiminin İordaniya və Türkiyə coğrafiyasında yaşanan hadisələrlə əlaqəli ətdraflı məlumatı var.
Qeyd edək ki, Türkiyədə çoxsaylı terror aktı törədən DEAŞ Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhədində terror ünsürlərinə qarşı avqustun 24-də “Fərat Qalxanı” əməliyyatını həyata keçirməyə başladıqdan sonra xain hücumlarını artırıb.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

12:23