“Suriya tort”unun bölünməsi: İran niyə münaqişənin kölgəsində qalmağa üstünlük verir?

 

"Bizə Suriya ilə bağlı yeni siyasət lazımdırmı?" Bu ilin aprel ayında nəşr edilən son sayında "İran diplomatiyası" belə bir təxribatçı sualı müzakirəyə çıxarıb. Sual İslam Respublikası diplomatlarının forumuna ünvanlanıb. Yazar Musəvi Kahlaxali iddia ediri ki, Rusiya və Birləşmiş Ştatlar Suriya "tortu"nu öz aralarında bölmək üçün dinməzcə sövdələşirlər, nəticədə İrana yalnız qırıntılar qalacaq.

M.Kahlaxali yazır: "Biz tezliklə Suriyada böyük güclər tərəfindən təcrid oluna bilərik"
 

Yazar xatırladır ki, Moskva müharibə nəticəsində yıpranmış ölkədə öz təsirini artırır, bunun əyani əlaməti ölkənin rəsmi diplomatik dili kimi ingiliscəni rus dili ilə əvəz etməsi barədə Suriya hökumətinin qərarıdır. Əsədin Moskva səfiri Riyad Həddad bildirib ki, həmin qərar Rusiyanın hazırda Suriyanın gələcəyinin formalaşmasında əsas güc olduğunun göstəricisidir. "İran diplomatiyası", həmçinin iddia edir ki, Bəşər Əsədin uşaqları öz ali təhsillərini Moskvada davam etdirmək üçün indi rus dilini öyrənirlər. Bu, İrana qarşı gizli həqarətdir. Çünki heç kimin diqqətini cəlb etmədən Suriyanın bir sıra yüksək səviyyəli liderlərinə uşaqların İranın ali təhsil müəssisələrində təhsil alması təklif edilmişdi. Tehranın qorxusu budur ki, Rusiya Suriyanın bölünməsi barədə məsələni həll edə bilər. Bu zaman ABŞ və Türkiyə daxil olmaqla, müttəfiqləri tərəfindən və özünün nəzarət etdiyi yanaşı zonalar mövcud olacaq. Pərdəarxası sövdələşmənin təhlili konspirologiya nəzəriyyəçilərinin dediyinə oxşar ola bilər. Lakin bu, həmçinin Tehranda Suriyaya dair hələlik utancaq, amma heç də az əhəmiyyətli olmayan dəyişikliyi əks etdirir.

 

Melodiyanın dəyişməsi müxtəlif cür təzahür edir.

Əvvəla, sanki sehrlə, dövlət nəzarətində olan mediada Suriya başlıqlı xəbərlər artıq manşetlərdə görünmür. O, iç səhifələrdədir və Suriya – İslam Respublikası deyil, "Müqavimət Cəbhəsi" adından aparıcı oynayan Rusiyanın rəhbərlik etdiyi "beynəlxalq məsələ" kimi təsvir olunur. İslam Respublikasının KİV-lərində Suriyaya dair xəbərlər göstərir ki, son 18 ay ərzində ağır itkilər vermiş İranın hərbi personalına kölgəyə çəkilmək və hərbi əməliyyatlarda birbaşa iştirakdan yayınmaq əmr olunub. Suriyada müqəddəs türbələrin müdafiəsi üçün könüllülərin qeydiyyatını aparan Tehran və Məşhəddəki iki mərkəz də guya yenidənqurma məqsədləri ilə bağlanılıb. Suriya bataqlığında İranın iştirakına dair narahatlıq davamlı artır. Bu günlərdə İslam İnqilabı Qvardiyasının aparıcı strateqlərindən biri, "İslamın Kissinceri" kimi tanınan doktor Həsən Abbasi prezident seçkilərində iştirakı təsdiqlənən altı namizəddən biri olan Ayətullah İbrahim Rəisi adından təbliğat apararkən Təbrizdə tələbələr tərəfindən kobud hücuma məruz qalıb. Tələbələrin tənqidi mövzusu Suriyada çoxlu qurban verdiyi halda, İranın yalnız ABŞ-a qarşı güc oyunu nümayişindən ötrü Rusiyaya "əlavə kart" verməsi idi.

İslam İnqilab Məhkəməsi Suriya faciəsində İranın iştirakını sorğulayan Tehranın sabiq bələdiyyə başçısı Qulam Hüseyn Kərbasçi əleyhinə cinayət işi açıb. Prezident Ruhani lehinə kampaniya aparan Kərbaşçi bildirib ki, İran "yalnız silah və qətllərlə" məqsədlərinə nail ola bilməz. Suriya məsələsininı cari prezident kampaniyasından kənarlaşdırmaq cəhdi edilir. Dövlət mediasındakı qaynaqlar iddia edirlər ki, prezidentliyə namizədlərə və ya onların nümayəndələrinə Suriya ilə əlaqədar sual verməmək barədə "təlimat" alıblar.

Daha da vacib olan isə budur ki, namizədlər də eyni məzmunlu yazılı təlimat alıblar. İslam Silahlı Qüvvələrinin baş təmsilçisi general Məsud Cəzairi deyib:"Biz hərbi və müdafiə, habelə regiona aid məsələləri qaldırmaqla bağlı namizədlərə və onların qərargahına yazılı müraciət etmişik".
İranın öz iştirakını zəiflətməyə dair məlumatların Dəməşqdə, Əsədin muhitində də bəzi narahatlığa səbəb olduğu görünür. Əsəd İranla müqayisədə, Rusiyaya daha çox üstünlük versə də, bilir ki, rusların ən aktual ehtiyacı qarınlarını doldurmaq yox, çəkmələrinin dabanını bu ölkəyə möhkəm basmaqdır. Əsəd Suriya ərazisinin bir dilimində hakimiyyətə qadir ola bilər. Lakin onun ərazisini genişləndirməsi bir yana, effektiv nəzarət yaratmaq üçün kifayət qədər böyük demoqrafik bazası yoxdur. İdlib əyalətinin üçün uzun zamandır hazırlanan kampaniyanın təxirə salınmasının səbəbi də budur. Əsədə mübarizə üçün əlavə qüvvə lazımdır və "Hizbullah"çı müttəfiqlərinin də demoqrafik imkanları son həddə çatıb. Yalnız İran lazımi sayda döyüşçülər, o cümlədən Əfqanıstan, Pakistan və İraqdan muzdlu göndərməyə qadirdir.

"Əgər qələbə meyvəsini Rusiya dadacaqsa, niyə İran daha çox çəkməli göndərsin ki? – Tehranlı tədqiqatçı Sadiq Turabi deyir. – Evdə boşluq riski yaratmadan İranın Suriyaya xeyli sayda qoşun göndərə bilməsi müəmmalıdır".

Əsəd Tehranın "kadr resursu"nu davam etdirməsi üçün lobbiçilik məqsədiləmüdafiə naziri, general-leytenant Əli Abdullah Əyyubu İrana göndərib. Suriyalı hərbçi iranlı vəzifədaşı, briqada generalı Hüseyn Dehqanla görüşüb.
Dehqan "onun qarşı hücumlarda Suriyaya müdafiə yardımı" və "terrorla mübarizə" İranın tərəfdaş niyyətini təsdiq etsə də, İran döyüşçülərinin göndərilməsinə dair hər hansı vəd verməkdən imtina edib. İran "məsləhət və texniki dəstək"lə öz rolunu saxlamaq və məhdidlaşdırmanı nəzərdə tutur. İslam İnqilabı Keşikçiləri Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur da bu danışıqlara damğasını vurub.

Pakpur: "İrandan hərbi kontingent göndərməyə heç bir ehtiyac yoxdur"

Əksinə, İran "müşavirlər və texniki" göndərilməsi diqqət yetirəcək. Lakin bu işə təyin edilən şəxslər – asimmetrik müharibə komandosları "sabirin"lər Keşikçilər Korpusunun xüsusi vahididir. "Sabirin elementlərinin texniki və taktiki sahələrdə zəngin təcrübəsi var, – Pakpur deyib. – Biz lazım olan qədər qüvvə göndərməyə hazırıq".

 

Lakin Əsəd məsləhətçilər deyil, döyüşçü istəyir

 

Pakpur "Qüds" korpusunun komandiri, general Qasim Süleymaninin adını çəkməyib. Ötən il davamlı olaraq ağır itkilər versə də, onun Suriya dosyesi hələ qapanmayıb. 

"Sabirin" "Qüds" korpusuna kömək etmək üçün on il əvvəl İraq və ya Pakistana yaxın sərhəd ərazilərdə İrana hücum edən kürdlər və bəluc silahlı qruplarla mübarizə aparmaqdan ötrü yaradılıb.

Pakpur: “İranlı "məsləhətçilər" artıq evə dönür”
 

"Suriyada İran məsləhətçiləri Suriya əməkdaşları ilə qardaş kimi bir-birinə arxa durub. Buna görə də Suriyada onların qayıdışını həsrətlə gözləyirlər". Ola bilsin ki, Suriyada İranın rolunun radikal dəyişikliyinə dair fikir vaxtından qabaq səslənir. Amma bir şey dəqiqdir: İran son altı ildə həyata keçirdiyi siyasət son həddinə çatıb. Yeni siyasət axtarışı isə davam edir.

Strateg.az

10:08