Suriya sınırlarında “Rapier” raketi yerləşdirildi

 

Rusiya təyyarələrinin Əl-Babda türk həbçiləri “təsadüfən” bombalamasından sonra sərhəddə vəziyyət gərginləşib. Türkiyə mətbuatı bildirir ki, Türkiyə-Rusiya sərhədində təhlükəsizlik tədbirləri artırılıb, sərhədə “Stinger”lərdən daha təsirli olan “Rapier” raketləri yerləşdirilib.

Qeyd edək ki, Əl-Babda türk hərbçilərini vurmasından sonra 3 əsgər şəhid olub, 11 nəfər yaralanıb. Sərhədə yerləşdirilən “Rapier” raketlərindən fərqli olaraq “Stinger”lərin mənzili 1.4 - 8 km arasında olub. Modernləşdirilmiş “Rapier” Raketi “Stinger”lə müqayisədə daha təsirlidir: İki nəfər raketi 2 dəqiqə ərzində atışa hazır vəziyyətə gətirir.
Türkiyənin Orta Doğuda aparıcı söz sahibi olan ölkələrdən biri kimi olaraq statusunun uluslararası birliklər tərəfindən tanınmaması siyasəti gah Rusiya, Çin və İran, gah da Avropa Birliyi tərəfindən gündəmə gətirilsə də, qardaş ölkə öz mövqeərini qorumağa çalışır.

 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

 

09:05