Sumqayıt teatrı IV Türk Dünyası Teatr Festivalında uğurla çıxış edib

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti Türkiyədən qayıdıb. Teatrın truppası IV Türk Dünyası Teatr Festivalında iştirak edib.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, Sumqayıt teatrı festivalda tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri ilə çıxış edib. Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı canlandırıblar.

Kollektiv may ayında keçiriləcək “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində də eyni əsərlə çıxış edəcək.

Xudaferin.eu


 

15:00