Sumqayıt Regional Mədəniyyət İdarəsi Aprel şəhidinə həsr olunan bədii-sənədli film çəkib

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsi Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunan “Mən səninləyəm Ana Vətən” adlı bədii-sənədli film çəkib.

Xudaferin.eu xəbər verir ki, aprelin 2-də saat 17:00-da Bakı şəhər Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçiriləcək.

Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır.

Xudaferin.eu

17:44