Süleyman Soylu:"PKK-nın adı bu ölkədən silinəcək"

 

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Şanlıurfada bir uşağın həlak olmasına səbəb olan xain hücumu lənətləyərkən dedi. Türkiyənin daxili işlər naziri Süleyman Soylu separatçı terror təşkilatı PKK-nın adınının ölkədən silinəcəyini söylədi.

İzmirdə qatıldığı tədbirdə çıxış edən Soylu Şanlıurfada bir uşağın həlak olmasına səbəb olan xain hücumu lənətləyərək:” Bu ölkə azad və demokratik ölkədir. Bu ölkə dünyanın ən inkişaf etmiş və firavan ölkələrindən biri olacaq” dedi.

Ədliyyə naziri Bəkir Bozdağ ədliyyə işçilərinə qarşı olan bu hücumu və onu törədənləri şiddətlə qınadığını bildirərək:” Bu hücum yalnız ədliyyə əməkdaşlarına qarşı deyil, hüquqa, ədalətə, millətimizə və dövlətimizə qarşı törədilmişdir” dedi.

Bozdağ heç bir terror təşkilatının, və ya hücumunun Türkiyənin terrorla mübarizəsini zəiflədə bilməyəcəyini qeyd etdi.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

10:07