Səudiyyə Ərəbistanı raketlə vuruldu

Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Necran şəhərində hərbi raket hücumu həyata keçirilib.

Xudaferin.eu “El-Ahbariyye” telekanalına istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 5 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb. Yaralananlardan biri qadın, biri isə uşaqdır.

Hələlik raket hücumunun Yəməndə hansı qüvvələr tərəfindən həyata keçirildiyi məlum deyil.

Xudaferin.eu

15:12