Səudiyyə Ərəbistanı 5 milyon miqrantı ölkədən çıxarmağı planlaşdırır

 

Səudiyyə Ərəbistanında 5 milyon qeyri-leqal miqrantın (əhalinin 20 faizi) ölkədən çıxarılması proqramı hazırlanır.

 

Bu barədə deputat Sadka Fadelin təşəbbüskarı olduğu bu məsələ ölkədə parlamenti əvəz edən Məsləhətləşmə Şurasında müzakirəyə çıxarılıb. Səudiyyə Ərəbistanında 2010-cu ildə aparılan statistikaya əsasən miqrantlar ölkə əhalisinin 30 faizini təşkil edir. Səudiyyə Ərəbistanında sahibkarlar əsasən miqrantların əməyindən istifadə etməyə üstünlük verir. Ancaq hazırda ölkədə əmək qabiliyyətli əhalinin 12 faizi işsizdir. Bunların 25 faizi gənclər, 75 faizi qadınlardır.

“Al Hayat” qəzeti yazıb ki, Səudiyyə Ərəbistanının hakimiyyəti həmin miqrantların ölkə vətəndaşlığı almaq tələbi ilə çıxış edəcəklərindən ehtiyat edir.

Cebhe.info

 

10:44