"Strateji Yol Xəritəsinə də əməl olunmadı"

"Ötən ilin dekabr ayında büdcənin xərcləmələri aylıq orta göstəricidən 2,6 dəfəyədək çox olub”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu açıqlama verib. Ekspertin sözlərinə görə, milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol xəritəsində göstərilir ki, fiskal idarəetmə ilə bağlı digər diqqət çəkən məqam dövlət büdcəsinin icrasında aylar üzrə müəyyən qeyri–mütənasibliyin mövcudluğudur: "Bir çox illərdə dövlət büdcəsinin dekabr ayında icrası digər aylarla müqayisədə əhəmiyyətli səviyyədə çox olur ki, bu da öz növbəsində iqtisadiyyatda müəyyən natarazlıqlar formalaşdırır. Xatırladım ki, belə qeyri-bərabər proporsionallıq 2010-cu ildən mənim diqqətimi çəkməyə başlayıb. Hələ o zaman apardığım hesablamalara görə, 2010-cu ildə 11.8 milyard manatlıq büdcənin demək olar ki, 30 faizi, yəni 3,3 milyard manatı yalnız dekabr ayında xərclənmişdi. Təkrar hesablamalar göstərir ki, son 6 ildə hər ilin dekabr ayında orta göstəricidən iki-üç dəfə çox vəsait xərclənməsi tendensiyası davam edib. Bu isə haqlı olaraq büdcə vəsaitlərinin ilin sonunda xərclənməsi deyil, "silinməsi" təsəvvürünü yaradır və eyni zamanda bu büdcə vəsaitlərindən səmərəsiz istifadənin təzahürüdür. Odur ki, büdcənin ötən ilki rəqəmləri əsasında apardığımız hesablamalar göstərir ki, islahat ili” kimi təqdim olunan ötən il ərzində yenə də həmin neqativ tendensiya davam edib. Hökümət büdcənin azalmasına baxmayaraq israfçılıqdan yenə də əl çəkməyib. Bunu Azərbaycan Mərkəzi Bankının və Dösvlət Statistika Komitəsinin aylar üzrə büdcə bölgüsünə dair məlumatlarına əsasən demək olar. Daha aydın mənzərə üçün aşağıdakı cədvələ nəzər yetirək. Cədvəldən göründüyü kimi, 2016-cı ildə dekabr ayında xərclər ötən ilin aylar üzrə orta göstəricindən 1478,5 mln manatdan ilə müqayisədə 2,6 dəfə çox olub. Aylar üzrə orta bölgü 7-8 faiz olduğu halda, büdcənin 21,5 faizə yaxını yalnız ötən ilin sonunda 1 ayda- dekabrda "silinib".

Xudaferin.eu

11:22