Strasburqda Azərbaycandakı siyasi məhbusları müdafiə aksiyası keçirilib

 

Avropada yaşayan bir qrup siyasi mühacir Strasburqda Avropa Şurasının (AŞ) binası qarşısında Azərbaycandakı "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiya keçirib. AŞ binasında bu gün AŞ Parlament Assambleyasının yaz sessiyası açılır.

Aksiya iştirakçıları Avropa parlamentarilərindən Azərbaycanda siyasi məhbusların azad edilməsi məsələsinin sessiyada qaldırmalarını tələb edib, Qiyas İbrahimovun, Mehman Hüseynovun, İlqar Məmmədovun və digər siyasi məhbusların adlarını səsləndiriblər. Aksiya iştirakçıları həmçinin korrupsiya və Azərbaycan hakimiyyətinin 2013-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməməsinə səbəb olan bir sıra AŞPA üzvlərini öz tərəfinə çəkməsi faktlarının araşdırılmasını tələb ediblər.

 

Amerikaninsesi.org

 

06:22