Stokholmda Türk Dünyası yarmarkası

 

İsveçdə Azərbaycan diasporunun nümayəndələri Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizi təmsil edib.

İsveçin başkəndi Stohkolmun mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbir İsveç Türk Gənclər Federasiyası tərəfindən təşkil olunub. Bayram törəni nədəni olaraq, konsert proqramı ilə yanaşı, burada Türk Dövlətlərinin nümayəndələrinin iştirakı ilə bayram yarmarkası da təşkil olunub. Yarmarkada, Türk toplumlarının adına fəaliyyət göstərən diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, adət-ənənələrini nümayiş ediblər. Törəndə “İsveç-Azərbaycan Federasiyası” təşkilatı Azərbaycanı təmsil edib. Bu təşkilat Azərbaycan haqqında dolğun təsəvvürün formalaşdırılması üçün böyük iş aparıb. Belə ki, Azərbaycan stendində qonaqlara ölkəmizlə bağlı müxtəlif maraqlı məlumatlar təqdim olunub, eləcə də ölkəmizin kültür  və incəsənəti haqqında informasiya bukletləri paylanılıb. Ziyarətçilər Azərbaycan şirniyyatlarına qonaq edilib. Qeyd edək ki, yarmarka ilə yanaşı, tədbir çərçivəsində gənc ifaçıların konserti keçirilib. Konsertdə gənc və uşaq rəqs qrupları çıxış edib.

Barış Qoşaçaylı
Xudaferin.eu
İsveç, “Stohkolm Bürosu”

21:59