Stokholm terrorunda şübhəli bilinən daha bir nəfər tutulub – YENİLƏNİB + FOTO

İsveçin paytaxtı Stokholmda törədilən terror aktı ilə əlaqədar daha bir nəfər saxlanılıb.

Xudaferin.eu xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Expressen” qəzeti bildirib.

Məlumata görə, terror hadisəsi ilə bağlı Stokholmun Yulsta şəhərətrafı qəsəbəsində bir kişi saxlanılıb.

Bundan əvvəl bir nəfərin, İsveçdə yaşayan 39 yaşlı Özbəkistan vətəndaşının saxlanıldığı bildirilirdi.

Yük maşınını insanların üzərinə sürən şəxs isə hələ ki, tapılmayıb. Xatırladaq ki, Stokholmun mərkəzində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Xudaferin.eu

22:39