Soydaşımızın rəhbərlik etdiyi xor Moskva Konservatoriyasında çıxış edəcək

 

Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru aprelin 27-də P.İ.Çaykovski adına Moskva Konservatoriyasında “Xor musiqisi” konsert proqramında çıxış edəcək.

Bu barədə məlumat MDU-nun xorunun və Moskva Konservatoriyasının saytlarında yer alıb. Konservatoriyanın xor ifaçılığı sənəti kafedrasının təşkilatçılığı ilə reallaşacaq konsert proqramında Moskvanın digər xor kollektivləri də iştirak edəcəklər.

Qeyd edək ki, son illərdə Rusiyada yaşayan soydaşlarımızın mədəniyyət, iqtisadiyyat və dövlət sektoru sahəsində bir sıra uğurları müşahidə edilməkdədir. Bu da öz növbəsində uzun illər ərzində yalnış yerə Rusiyada formalaşmış steorotip baxışların tədricən dəf olması deməkdir.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

06:09