Sosial şəbəkədə pasportla qeydiyyat tələb ediləcək - YENİ QANUN

 

Rusiyada sosial şəbəkələrdən istifadəyə dair yeni qaydalar tətbiq edilə bilər. Artıq deputat Vitali Milobov bununla bağlı qanun layihəsini Dumaya təqdim edib.

 

Qanun layihəsinə görə, sosial şəbəkədə qeydiyyatdan keçmək üçün pasport məlumatlarınI təqdimatı tələb ediləcək. İstifadəçi elektron formadakı sənədi doldurmalı və özü barədə məlumatları daxil etməlidir. Qeyd olunur ki, özünə məxsus olan digər məlumatları qeyd etməkdə şəxs könüllüdür. Qeydiyyat sənəddə göstərilən ad-soyadla aparılmalı, ləqəbdən istifadəyə yol verilməməlidir. Bir şəbəkədə bir neçə səhifə açılmasına icazə verilmir.  Sənədə əsasən, sosial şəbəkədən istifadəyə 14 yaşından etibarən icazə verilir. Bununla yanaşı zəruri hallarda yaşla bağlı məhdudiyyət qoyula bilər. Bununa yanaşı qanun müəllifləri iş saatında sosial şəbəkəyə daxil olmağın qadağan edilməsini təklif edir. Bu ancaq Əmək Məcəlləsində müvafiq düzəlişdən sonra mümkün ola bilər.

Qeyd edək ki, əgər Rusiyada bu qanun qəbul olunsa, qısa bir zamanda həmin qanun dublikat (kopiya) şəklində Azərbaycanda da dərhal gerçəkləşdiriləcəkdir. Bundan öncə qəbul olunan qanunlar da məhz bu yolla və üsulla rəsmiləşdirilibdir.
 

Cebhe.info

 

06:19