"Son 2 ildə mobil rabitə üzrə ümumi dövriyyə 100 milyon manata qədər azalıb"

 

 

“Rabitə sektorunun beynəlxalq telefon danışıqlarından əldə etdiyi gəlir 2012-ci ildə 160 milyon manat olub, 2016-cı ildə 3 dəfə azalaraq 53 milyon manata enib”.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. “Güman ki, əsas səbəb internet üzərindən (WhatsApp, Skype) əlaqənin genişlənməsidir”

“Son 2 ildə mobil rabitə üzrə ümumi dövriyyə də 100 milyon manata qədər azalıb. Bu rəqəm 2014-cü ildə 915 milyon manat, 2016-cı ildə 825 milyon manat olub”, - deyə iqtisadçı əlavə edib.

Şamo
Hurriyyet.org

 

09:31