Son 15 ildə Gürcüstan əhalisinin sayı 15 faiz azalıb

 

Bu barədə Gürcüstan mətbuatı Milli Statistika Xidmətinə istinadən məlumat yayıb. Xidmətin məlumatına görə, hazırda Gürcüstan əhalisi 3 milyon 718 min 200 nəfərdir. Bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

 

Ekspertlərin fikrincə bu əsasən üç amil - ölüm sayının artması, doğuşların azalması və əhalinin miqrasiyası ilə bağlıdır. Məlumatda bildirilir ki, 2017-ci ilin birinci yarısında ölüm halları doğuş faktından 1,6 faiz çoxdur. Belə ki, cari ilin birinci yarısında 25,9 min ölüm, 25,5 min doğum faktı qeydə alınıb. Ən çox ölüm faktı Gürcüstanın yüksək dağlıq bölgələrində qeydə alınıb.
Bununla yanaşı, onu da qeyd etmək gərəkdir ki, Avropa Birliyi üzvü olan ölkələrlə vizaların sadələşdirilməsi prosesi də Gürcütsandan əhalinin dünyanın başqa ölkələrinə miqrasiya axınlarını artırıbdır. Gürcüstanın yerli iqtisadi inkişafı prosesində problemlərin yetərincə olması da bu prosesləri sürətləndirən amillərdən biridir.

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

09:27