Son 15 ayda ən yüksək inflyasiya

 

Yanvar-aprel aylarında Azərbaycanda qiymətlər əvvəlki ilin eyni dövründəkindən 13,5 faiz yüksək olub. Bu göstərici son 15 ayda yalnız 2016-cı ilin yanvarından (13,6 faiz) aşağıdır.

Dövr ərzində ərzaq 17,8 faiz, qeyri-ərzaq məhsulları 12,5 faiz, əhaliyə göstərilən xidmətlər isə 8,7 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən AzadlıqRadiosu-na bildiriblər ki, apreldə mart ayına nəzərən inflyasiya 0,2 faiz qalxıb. Ərzağın qiyməti orta hesabla 0,4 faiz, qeyri-ərzaq malları 0,2 faiz qalxıb. Ay ərzində xidmətlərin qiyməti dəyişməz qalıb. Hökumət bu il birrəqəmli inflyasiyanı hədəfləyib. Bu məqsədlə Mərkəzi Bank dövriyyədə olan manat kütləsini məhdudlaşdırıb.

 

Cebhe.info

 

09:25