Soçidə dəhşətli yanğın: MDB-dən olan mühacirlər öldü

İyulun 30-u, səhər saatlarında Rusiyanın Soçi şəhərində baş verən güclü yanğın zamanı azı səkkiz nəfər həlak olub. 

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, məlumatlarda ölən şəxslərin Soçidə işləyən, MDB-dən olan mühacirlərin olduğu bildirilib. 

Bundan başqa, ağır xəsarət alan üç nəfər xəstəxanalara yerləşdirilib. 

Yanğın 300 metr ərazini əhatə edib. Yanğının söndürülməsinə 62 nəfər şəxsi heyət və 19 texnika cəlb olunub. 

Hadisəyə söndürülməmiş manqalın səbəb olduğu ehtimal edilir. 

Xudaferin.eu

12:40