SOCAR maaşları kəsir, “Baharenerji” isə işçiləri ixtisar edir

Məlumata görə «Baharenerji» Əməliyyat Şirkətində də işçilər azad olunur” Bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı xəbər verir.

Onun sözlərinə görə, işçilərin bir qismi müqavilə müddətinin başa çatması ilə bağlayıb çıxarırlar: “Bu, işçini işdən azad etmək üçün ən asan yoludur .Bir qismi də daxili struktur islahatları ilə əlaqədar uzaqlaşdırılır. İşçi özü ərizə yazıb işdən azad olunduğu halda, əmək haqqının 8 aylıq misli qədər kompensasiya, işçinin bu ilki istirahəti üçün həmin məbləğə 350 manat əlavə və uşaq bağçasına gedən hər uşağa görə ayda 80 manat pul(bu ilin sonunadək) ödənilir”.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin strukturunda çalışanların da əmək haqları azaldılıb. Belə ki, sturktura daxil olan idarə və müəssisələrdə çalışan işçilərin tutduqları vəzifə dərəcələrinin aşağı salınması yolu ilə maaşlar azaldılır. M.Qəhrəmanlı qeyd edir ki, orada çalışan işçiləri tək-tək çağırıb dərəcələrinin aşağı salınması ilə əlaqədar məcburi ərizə yazdırırlar. Bəzi fəhlələrin hesablamalarına görə, dərəcənin aşağı salınması ilə maaşlarda 200-250 manat fərq olacaq.

Politika.Az

11:31