“SOCAR-ın işçisini küləkli havada işləməyə məcbur ediblər” - Mirvari Qəhrəmanlı

 

Elektrik Azadxan Əliyev Musa Nağıyev adına xəstəxananın reanimasiya şöbəsindədir, hadisə gizli saxlanılır
 

“Aldığımız informasiyaya görə, 31 martda möhkəm küləkli gündə SOCAR strukturuna daxil olan Neftqaztikinti trestinin 2 sayli bölümündə elektrik işləyən Əliyev Azadxan Cəbrayıl oğlunun etirazına baxmayaraq, onu küləkli havada işləməyə məcbur ediblər və məhz həmin gün güclü külək budkanıi onun üstünə aşırıb. Həmin vaxt onunla bərabər sahədə bir işçi də olub, işçinin biri qaça bilsə də, Azadxan bəy özünü xilas edə biməyib”.

Hurriyyet.org xəbər verir ki, bu barədə Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “feysbuk” səhifəsində yazıb.

Hadisə gizli saxlanılır

“Aldığım məlumata görə, o, Semaşko adına xəstəxananın reanimasiya şöbəsindədir. Bildiyim qədər hadisə gizli saxlanılır”. Bilin ki, şikəst olan insan sonradan işsiz qalıb

M. Qəhərmanlı sonda müraciət edib: “Hələ də ağır vəziyyətdə olan Azadxan bəy, bilin ki, bədbəxt hadisənin gizlədilməsi nəticəsində çoxlu sayda insan işdə zədələndiyini gizlədib, sonradan əlil olduqdan sonra bunu sübut edə bilməyib və şikəst olan insan sonradan işsiz qalıb”.
 

Şamo
Hurriyyet.org

 

21:03