SOCAR-da maliyyə maxinasiyası

 

 

“10 ay müddətində əvvəl 47, sonra isə 22 nəfərə artıq pul ödənilib”

“SOCAR vitse-prezidenti cənab Mikayıl İsmayılov, bizə daxil olan və tərəfinizdən araşdırılmasına ehtiyac duyulan məlumata görə SOCAR Nəqliyyat İdarəsinin (rəis Elçin Zülfüqarov) 5 sayli Texnoloji Nəqliyyat Departamentinin (rəis Yusup Salavatov) bir neçə işçisi tərəfindən 10 ay müddətində əvvəl 47, sonra isə 22 nəfərə artıq pul ödənilib”.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “ feysbuk” səhifəsində yazıb: “Deyilənə görə, mühasibat uçot idarəsində işləyən şəxslərdən biri həmin işçilərə zəng edərək bildirib ki, sizlərə hər ay artıq saat yazılacaq və artıq yazılmış saatlara görə ödəniləcək pul üç yerə bölünəcək”.
 

“Hesablarına pul köçürülən işçilərin bir neçəsini müxtəlif bəhanələrlə işdən azad ediblər”

Qəhrəmanlı qeyd edib ki, proses keçən ilin avqustundan başlayıb: “Aparılan əməliyyatın üstü açılandan sonra hesablarına pul köçürülən işçiləri çağırıb, artıq ödənişlərin onların əmək haqqından tutulması üçün ərizə yazdırıblar, bir neçəsini də müxtəlif bəhanələrlə işdən azad ediblər. Bildiyimə görə, “layihə müəllifləri” cəzasız qalıb.10 ay müddətində qeyri-qanuni köçürülən pulun qalan 2/3 -ni kimin hesabından tutulacağı bəlli deyil”.

Şamo
Hurriyyet.org

 

10:19