Şəkidə tanınmış şair Abbas Bəxtiyarovun xatirəsi anılıb

 

 

Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində rayon ədəbi mühitinin görkəmli nümayəndəsi, şair, tədqiqatçı folklorşünas Abbas (Əmbala) Bəxtiyarova həsr olunmuş “Yapışmışdım bu dünyadan, etibarın bilə-bilə” adlı xatirə gecəsi keçirilib.

Tədbirdə şairin sənət dünyası və onun yaradıcılığı ilə bağlı xoş xatirələr dinlədildikdən sonra onun “Həsrətim”, “Üzünü sıxma köksümə”, “Azərbaycan milli mətbəxi bayatılarda” və digər kitablarında yer alan poetik nümunələr səsləndirilib. Tədbir maraqlı konsert proqramı ilə davam edib. Sonda qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən videoçarx və onun kitablarından ibarət sərgi ilə tanış olublar.

Xudaferin.eu
“Şəki Bürosu”

10:25