Siyasi mubarizənin önundə gedən gənclik

 

Əhalinin sıx yaşadğı Nəsimi-Səbail rayonlarında mübarizə aparmaq insanlara həqiqətləri başa salmaq və digər təbliğatları aparmaq hər bir vətəndaşda gərgin əmək ,dərin mütaliə siyasi mübarizə təcrübəsi kimi keyfiyyətləri tələb edir. Vaqif İbrahimov məhz bu özəlliklərinə görə tay-tuşlarındam seçlirdi. Həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılması üçün yorulmaq bilmədən kampanya aparanlardan biri də Vaqif İbrahimov idi. Onun işgüzarlığını, ictimai siyasi fəallığını və savadını nəzərə alaraq REAL Hərəkatının Nəsimi-Səbail rayonları sədrınin ictimai-siyasi məsələlər üzrə sədr müavini vəzifəsinə qədər irəli çəkildi. Eyni zamanda partiyanin ofis texnikasina, kompter avadanlıqlarına xidmət göstərir və informasiya təhlükəsizliynə cavabdeh şəxs idi. Azərbaycanda sirr deyil ki, ənənəvi müxalifət partiyaları, vətəndaş cəmiyyətləri və KİV-lərlə yanaşı 2000-ci illərin nəslini təmsil təmsil edən gəncliyin daha sıx birləşdiyi əsas siyası təşklatlardan biri də REAL Hərəkatıdir. 2017-ci ildə təşkilatın hərəkatdan siyasi partiyaya çevrilməsi ortaya çıxdı. Hakimiyyəti də qorxudan məhz bu amil idi. Ona görə ki ,Azərbaycan gəncliyinin və siyasi mübarizədə yeni nəslin ən çox ümüd yeri olan REAL Hərəkatının siyası partiyaya çevrilməsi yerli bələdiyyə, parlament və prezdentliyə iddialarını ortaya qoyulması demək idı. Ona görə də hakimiyyət mövcud imkanları ilə hərəkətə keçirək REAL Hərəkatınin siyasi partiyaya çevrilməsinin qarşısını almaq taktikasını siyasi idarə kimi ortaya qoydu. REAL Hərəkatınnın qurultay keçirməsi üçün müvafiq məkanın ayrılmamasına görə süni manelərin yaradılması, qurultayda iştrak edəcək nümayəndələrin polis tərəfindən təqiblərə məruz qalması, hətta bir sıra provakasiyalar təşkil edərək nümayəndələrin qurultaydan öncə müvəqqəti həbsləri də bu plana daxil idi. Vaqif İbrahimov gənc dostları ilə qurultay öncəsi REAL Hərəkatına ictimaiyyətin marağının artması üçün genişmiqyaslı təblğatlar apardı. Ən azından təmsil olunduğu Nəsimi -Səbail rayonlarında Azərbaycan gəncliyinin müxalifyönumlü intellktual kəsmini Real hərəkatınin fəal tərəfdarlarina çevrə bildi.

Real Partiyasina qarşı hakimiyyətin real hücumları

28 May 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk Demokratik dövlətin qurulmasınin 100 illiyinə həsr olunmuş aksiya təşkil olundu.  Bu aksiya “İçəri Şəhər” metrosu və “Fəvvarələr Meydanı”ndan “Azərbaycan” kino-teatrı ərazisini tam əhatəyə aldı. Bu aksiyada on minlərlə insan iştrak edirdi. Bu aksyanın əsas təşkilatçıları REAL Partiyasının sədr müavini Azər Qasımlı, Nəsimi-Səbail məclisinin sədri Əmrah Təhməzov, sədir müavini Vaqif İbrahimov və digər fəal üzvlərdən ibarət  idi. Bu aksiyanın məqsədi dinc yürüş keçirmək və ilk dəfə Şərqdə yaradılmış Demokratik Cumhuriyyətin 100 illiyini qeyd etmək idi. Hakimiyyət bu aksiyaya mane olmaq üçün yürüşcülərə qarşı polislərlə  və mulkü geyimli şəxslərlə müqavimət göstərməyə çalışaraq qarşıdurma yaradaraq zor tətbiq etdi .Əsas hədəf aksiyanın təşkilatçılatçıları  oldu. Bayram aksiyası zor gücünə dağdıldı.  Bu izdihamlı yürüşün təşkilatçilarıına, REAL Partiyasının fəallarına qarşı qanunsuz həbslərə başlandı . Sədr müavini Azər Qasımlı Yasamal rayon polis idarəsinə aparılıb. Vaqif İbrahimovu həbs edən polis və mülki geyimli şəxslər onu naməlum istiqmətə aparıblar. Onu da qeyd edək ki, Vaqif İbrahimov REAL Partiyasinin ofis texnikasına və komüpter avadanlıqlarının məlumat təhlükəsizliynə cababdeh şəxdir. Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etsək də bu barədə heç bir məlumat əldə edə bilmədik. Ondan əlavə REAL Partiyasının 20-dən cox fəallarını həbs olunub. Bu barədə tutulanların ailə üzvləri  və partiyanın fəalları cox narahat  olublar.

Həbsdən sonrakı rəzalət

REAL Hərəktının  üzvləri və fəalları 28 may aaaksiyasından sonra, ölkədə ən çox təqiblərə məruz alan siyasi partiya kimi tanındı. Partiyanın fəəalları sadəcə paytaxt Bakıda deyil, Gəncə, Lənkəran, Şəki, Quba, Mingəçevir, Salyan, Göyçay, Qazax və digər bölgələrində də hər addımda hakimiyyət tərəfindən təqib olunurlar. Qeyri rəsmi göstərişlər əsasında REAL Hərəkatının nəinki üzvlərini, hətta onların ailə üzvləri və yaxın qohumları belə, işə götürülmülürlər. Sanki, Azərbaycan “hərbi-polis qanunları” ilə idarə olunur. Vaqif İbrahimov da bir siyasi fəal kimi bu acı həqiqətləri gündəlik həyatında yaşamalı olub.
Xatırlatma: Keçmiş Sovet İttifaqı dönəmində hər bir vətəndaş yaşadığı ərazidə yerli polis sahə müvəkkili tərəfindən xüsusi nəzarətdə olurdu. Kimin ictimai-siyasi görüşləri nədən ibarətdir bu barədə “dosye” toplayardı. Belə bir siyasət əslində vətəndaşlara həbsxana rejimində olduğu kimi nəzarət demək idi. Sovet İttifaqı totalitar rejim kimi 1991-ci ildə dağılsa da, Azərbaycanda faktiki olaraq cəmiyyətdə hərbi-polis rejimi idarəetmə sistemi dəyişməyibdir. Ona görə də hakimiyyətə müxalif  baxışları ilə seçilən və demokratiya uğrunda mübarizə aparan insanlar hər addımda təqiblərə məruz qalırlar. Nəinki onların özləri, ailə üzvləri də istənilən sahədə sərbəst çalışmaq imkanlarından məhrumdurlar. Ona görə də Azərbaycan demokratiya və vətəndaş cəmiyyətinin inkişafı baxımından çoxlu problemlər mövcuddur.
Vaqif İbrahimov bir gənc kimi bu acıları və gerçəklərin bataqlığını yaşamalı olub. Onun hər addımda təqib olunması, telefonun dinlənilməsi, həmyaşıdları və gənclərlə birlikdə ölkədəki demokratik proseslərin inkişafı ilə bağlı keçirmək istədiyi tədbirlərə qarşı çox ciddi problemlər yaradılıbdır. Sosial şəbəkələrdəki adi paylaşmaları da nəzarətdə olduğu üçün, onu bu prosesdən yayındırmaqla bağlı dəfələrlə anonim (yəni gizli şəkildə)  telefon zəngləri olunubdur. Bu zənglərdə hətta Vaqif İbrahimovun fiziki cəhətdən həyatına son qoyulacağı təhdidləri də olubdur.
Vaqif İbrahimov kimi yeni nəsil siyasi hərəkatını təmsil edən gənclərin hamısı gündəlik həyatında bu acınacaqlı problemləri yaşayırlar. Keçmiş sovet idarəetmə düşüncəsi ilə Azərbaycanı idarə edənlər unudurlar ki, bu gün insanlar orta əsrlərdə deyil, XXI əsrin şərtləri içində yaşamaq istəyirlər. Azərbaycan cəmiyyəti nə zaman XXI əsrin standartları içində yaşamaq hüququna malik olacaqsa, o zaman demokratiyanın da böyük təntənə qazanacağı günün çatdığı bəlli olacaqdır. Hələ ki, indnin özündə üfüqdə o anın işartıları görünmür. Azəərbaycan gəncliyi bütün bu məşəqqətlərə dözərək əzmlə demokratiya uğrunda mübarizəsini davam etdirir. Eynilə Vaqif İbrahimov kmi.

Ə. Yusifoğlu

30.05.2018 ci il

Xudaferin.eu

17:03