Şimali Koreya nüvə silahından imtinanın şərtlərini açıqlayıb

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Cje İn ilə görüş zamanı bəyan edib ki, ABŞ-la nüvə silahı müharibəsi başa çatdıqdan sonra müqavilə imzalamağa ehtiyac qalmayacaq.

Xudaferin.eu-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Şimali Koreya liderinin sözlərini mətbuat katibi sitat gətirib:

“ABŞ-la tez-tez görüşlərimiz baş tutarsa, müharibənin başa çatmasına nail olunarsa, o zaman nə üçün nüvə silahına sahib olaraq ağır şərtlərdə yaşayaq?”

Kim Çen In həmçinin qeyd edib ki, ABŞ-a qarşı çıxış etməsinə baxmayaraq o, Amerika, Cənubi Koreya və ya Sakit Okean regionuna bomba atmaq istəyən şəxs deyil.

Xudaferin.eu

13:45