Şəhriyar Məmmədyarov FIDE reytinqində beşinci pillədədir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2019-cu il martın 1-nə olan reytinq siyahısını açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, siyahıya Maqnus Karlsen (2869, Norveç) başçılıq edir. İkinci yeri amerikalı Fabianu Karuana (2813), üçüncü yeri çinli Dinq Liren (2812) tutublar.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2790) beşinci pillədə qərarlaşıb. Təmsilçilərimiz Teymur Rəcəbov (2756), Arkadi Naydiç (2710), Rauf Məmmədov (2701), Qədir Hüseynov (2664) və Eltac Səfərli (2662) reytinq siyahısında ilk yüzlükdə yer alıblar.

Qadın şahmatçılar arşında isə Çin təmsilçiləri Xou İfan (2662) və Szyun Venszyun (2580) ilk iki pilləni tutublar. Ukrayna şahmatçısı Anna Muzıçuk üçüncü yerə sahib olub. Təmsilçilərimiz Günay Məmmədzadə (2438) və Xanım Balacayeva (2398) da dünyanın 100 ən güclü qadın şahmatçısı sırasındadırlar.

Xudaferin.eu

16:58