Səhiyyə xərclərinin 70%-ni vətəndaşların özləri ödəyir

 

Bu yaxınlarda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin Cibuti Respublikasının bu ölkənin səhiyyə naziri Cama Elmi Okiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı qonaq bildirmişdir ki, Azərbaycan rəhbərliyinin ölkədə həyata keçirdiyi sosial yönümlü siyasətinin və sağlam həyat tərzinin təbliğinin bariz nümunəsidir.
 

Bununla belə, Azərbaycanın səhiyyə sistemi bu il $45 mln. həcmində itki verib, əvəzində IV İslam Həmrəylik Oyunları xalqın hesabına 211,7 mln. manata başa gələcək. Cari ildə Dövlət Büdcəsindən səhiyyəyə 800 mln. manat ayrılıb: bunun 180,3 mln. manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə; 22,2 mln. manatı böyrək çatışmazlığının müalicəsi sahəsində tədbirlərə; 18,5 mln. manatı hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərinin müalicəsinə; 39,3 mln. manatı xərçənglə mübarizə üzrə milli tədbirlərin maliyyələşdirilməsinə; 36,1 mln. manatı şəkərli diabet və s. ilə mübarizə üzrə milli tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq", – deyə «Doing-Business – 2017»-nin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, səhiyyə sahəsinə ayrılan vəsait büdcə xərclərinin 4,7%-ni təşkil edəcək. "Sağlamlığın qorunması keyfiyyətinə zəmanət verən səhiyyə sisteminin olmaması ölkənin zəif cəhətidir. Azərbaycanda dövlət büdcəsi hesabına bu sahəyə hər il qoyulan sərmayə adambaşına təxminən $45-dır. Bununla yanaşı, vətəndaşların təbabət sahəsində özlərinin çəkdiyi xərclər bundan 3-4 dəfə çoxdur", – deyə iqtisadçı Rövşən Ağayev Turana bildirib. Ekspert 2015-çi ildə Dünya Bankının (DB) Icraçı Direktorlar Şurasının Azıərbaycan üçün 2016 - 2020-ci illər üçün imzladığı tərəfdaşlıq üzrə çərçivə sazişinin (CPF) məlumatlarını gətirir. Sənədddə maraqlı təfsilatlar vardır.

"Bu rəqəmlər rəsmi məlumat və statistikada dərc olunmur. Məsələn, DB-nin məlumatlarına görə, orta ailənin səhiyyə xərcləri ümumi istehlak xərclərinin 10%-ni təşkil edir. Bu zaman səhiyyə xərclərinin 70%-i vətəndaşların özləri tərəfindən və yalnız 30%-i dövlət büdcəsindən bu məqsədlər üçün ayrılan vəsaitlə ödənilir. Xatırladaq ki, cari ildə Dövlət Büdcəsindən səhiyyə sahəsi üçün 800 mln. manat ayrılıb. Manatın məzənnəsi və Dünya Bankının hesablamalarını nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, səhiyyəyə çəkiən xərclərin real həcmi 2 milyard manatdır", – deyə iqtisadçı hesablamaların açıqlayıb.

Azərbaycanda pasiyentlərin (xəstələrin) 62% təşkil edən əvəzsiz xərclərinin 70%-i əczaçılıq preparatlarına xərclənir, sonuncuların 60%-i isə idxal olunanlardır. Türkiyə, İran, Hindistan, Ukrayna və Rusiya nisbətən ucuz dərmanlar göəndərir, ABŞ, Fransa, Almaniya və AB-nin digər bölgələrindən alnan dərmanlar isə qat-qat bahadır. Ekspertlərin hesablamalarına görə, dərman preparatları idxalının inhisara alınması və dövlət satınalmaları sahəsində qeyri-şəffaflıq böyük problem olaraq qalmaqdadır.

Yerli istehsalın olmaması səbəbindən, Azərbaycan həm də tibb avadanlığı sahəsinə investisiyalar üçün böyük bazardır. Ultrasəs skaner, elektrokardioqraf, rentgen avadanlığı, laboratoriya analizatoru, elektron cərrahi cihazları, endoskop, ginekoloji alət və cihazlar, kateter, drenajlar və digər istehlak materiallarına böyük tələbat var. Hazırda onlar ABŞ, Almaniya, Yaponiya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrdən idxal olunur.

Son onillik ərzində 60-dən çox tibb müəssisəsi, 500-dən çox elmi-tədqiqat institutu və hospital yenidən qurulub və müasirləşdirilib. Rəsmi statistikaya görə, bu gün ölkədə 28489 həkim və 56842 nəfər orta tibb heyəti çalışır, 750 xəstəxana və 1670 poliklinika fəaliyyət göstərir. Çarpayı yerlərinin sayı 70 min vahid təşkil edir. Bununla belə, səhiyyə infrastrukturu, əsasən, paytaxtda cəmlənib. Ölkənin qalan hissəsi sakinləri üçün kifayət qədər çarpayı yerləri yoxdur. Bu gün ən yaxşı müalicə almaq imlanına malik olan vətəndaşların əksəriyyəti, onların fikrincə, tibbi xidmətərin ən yaxşı keyfiyyətlə göstərildiyi İran və Türkiyə kimi qonşu ölkələrə səfər edir. Məsələn, 2012-ci ildə 4106 Azərbaycan vətəndaşı Türkiyədə müalicə alb və həmin il hər gün 1600-ə yaxın azərbaycanlı tibbi prosedurlaran keçmək üçün İranla sərhədi keçibdir.

Sahənin ən böyük problemi insan kapitalının olmamasıdır – ən yeni bilik və təcrübəyə malik olan həkim və tibb bacısı çatışmır. Beləliklə, ölkədə hətta pullu tibbi xidmətlərin keyfiyyətli olacağına zəmanət verilmir. Korrupsiya problemi də bundan heç də az aktual deyil. Vəziyyəti şərh edərək, Respublika Alternativ (REAL) Hərəkatının üzvü həkim Xədicə Hacılı qeyd edib ki, Azərbaycanda dövlət səhiyyə sisteminin acınacaqlı vəziyyətinin əsas səbəbi total korrupsiyanın mövcud olmasıdır.

Contact.az

 

21:35