Səfirlər Cocuq Mərcanlıya gedəcək

 

Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri Cocuq Mərcanlıya gedəcəklər. Bu səfəri Xarici İşlər Nazirliyi (XİN) təşkil edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, hazırda səfərin vaxtı dəqiqləşdirilir. Fevralın 7-də də xarici KİV-lərdə çalışan jurnalistlərin Cocuq Mərcanlıya səfərləri təşkil edilmişdi.

Xatırlatma
 

Bu kənd 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. Ancaq Lələtəpə yüksəkliyi Ermənistan qoşunlarının nəzarətində olduğundan Cocuq Mərcanlı və digər kəndlərin sakinləri ora gedə bilməyib. Bu yüksəklik 2016-cı ilin aprel döyüşlərində geri alınıb. Bu ilin əvvəlində prezident İlham Əliyev kəndin bərpası ilə bağlı sərəncam verib. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. 2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

 

Xudaferin.eu

 

10:22