Səfir: Latviya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

 

Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik.

Bunu Beynəlxalq Mətbuat Mərkəzində Latviyanın müstəqilliyinin 99 illiyi münasibətilə tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Yuris Maklakovs deyib. Səfir vurğulayıb ki, Latviya parlamentinin 100 deputatından 53-ü Xocalı soyqırımı barədə bəyanatın qəbul olunmasına səs verib.
Qeyd edək ki, Baltikyanı ölkələr olaraq, Litva, latviya və Estoniya hər zaman etnik bölücülük siyasətinə qarşı olublar. Bunun əsas səbəblərindən biri də, həmin dövlətlərdə “rus” və “rusdilli” əhali adı altında etnik bölücülüyə qədər aparılan siyaslər dolayı yolla etnik bölücülüyə hesablanmış hədəflər sayılır. Bu üç Baltikyanı ölkə beynəlxalq miqyasda bütün etnik bölücülük siyasətlərini kəskin şəkildə tənqid etməklə bir yandan öz dövlətlərinin ərazi bütünlüyünü qoruyur, bir yandan da “etnik bölücülük”dən əziyyət çəkən dövlətləri də öa tərəfinə çəkir.
 

TREND İA

 

10:06