Seul Vaşinqtonun Pxenyana qarşı birtərəfli fəaliyyətinə etiraz edir

 

Korenin inteqrasiya naziri Xon Yon Pxyo ABŞ-ın Quzey Koreyə qarşı regionda qeyri-sabit vəziyyətə səbəb ola biləcək birtərəfli addımlarının əleyhinə çıxıb.

Birləşmiş Ştatların Şimali Koreyanın nüvə-raket infrastrukturuna qabaqlayıcı zərbələrin endirməsinin mümkünlüyü barədə jurnalistlərin suallarını cavablandıran nazir bu addımın qaçılmaz “gərginliyə” səbəb olacağına diqqət çəkib. “Vaşinqtonun potensial qabaqlayıcı zərbələri Quzey Korenin nüvə probleminin həlli məqsədini daşıya bilər, lakin Kore Respublikasının hökuməti üçün bu məsələ vətəndaşlarımızın təhlükəsizliyinin təminatı ilə əlaqəlidir”, -deyə nazir vurğulayıb. “Düşünürəm ki, yeni hökumət bu məsələdə ABŞ-la sıx əməkdaşlıq edəcək”, - deyə Xon Yon Pxyo əlavə edib. İnteqrasiya naziri, həmçinin “təcili olaraq dialoqa qayıtmağın” da əleyhinə çıxış edib. Onun sözlərinə görə, dialoqun başlamasına qədər KXDR-i raket və nüvə silahı istehsalı fikrindən daşınmağa vadar etmək üçün dəqiq strategiya hazırlanmalıdır.

Qeyd edək ki, NBC telekompaniyasının məlumatına əsasən, bir qədər əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampa Quzey Koredən gələn nüvə təhdidinə qarşı mümkün cavab tədbirləri variantlarını təqdim edib. Dövlət başçısına təqdim olunan variantlara Amerikanın nüvə arsenalının bir hissəsinin Cənubi Koreyada yerləşdirilməsi, həmçinin Quzey Kore lideri Kim Çen Inın aradan götürülməsi də daxildir. Daha bir varianta görə, ABŞ və Güney Korenin xüsusi təyinatlı dəstələrinin diversiya və əsas infrastruktur obyektlərinin sıradan çıxarılması kimi məxfi əməliyyatlar keçirməsi üçün Quzey Koreya ərazisinə göndərilməsi nəzərdə tutulur.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

06:28