Serj Sarkisyandan:"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm"

"Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm". 
Xudaferin.eu bildirir ki, bu sözləri Ermənistanın baş naziri Serj Sarkisyan Shant TV-yə müsahibəsində deyib.
"Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycan boş xəyallardan əl çəkərək, güzəştə getməyə hazır olmalıdır. Bu məsələdə təkcə Ermənistanın güzəştə getməyindən heç bir söhbət gedə bilməz. Əgər dediklərim yerinə yetrilərsə onda Qarabağ  münaqişəsi həll olunacaq"-deyə Sarkisyan əlavə edib.

Azərbaycan Qarabağ münaqişəsinin daima sülh yolu ilə həllinin tərəfdarı olub. Serj Sarkisyan unutmamalıdır ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan torpağını işğal edib daha sonra onu hansısa "şərtlərlə" geri qaytarmağa Azərbaycan xalqı heç vaxt razı olmayacaq. Qarabağda ölən hər bir erməniyə görə Ermənistan hakimiyyəti günahkardır. Cəbhə bölgəsində Azərbaycan ordusunun əldə etdiyi qələbələr bir daha sübut edir ki, Azərbaycan ordusu öz torpaqlarını ordumuzun gücü ilə heç kimin köməyi olmadan azad etmək imkanına malikdir. Əgər Ermənistan sülh yolunun tərəfdarıdırsa, torpaqlarımızı qeyd-şərtsiz boşaltmalıdır. Belə vəziyyət uzun müddət  davam edə bilməz.

Əgər Azərbaycan xalqı höküməti dəstəkləyirsə, hökümət də özündə cəsarət tapıb Azərbaycanın əzəli torpaqlarını geri qaytarmalı, xalqın inamını doğrultmalıdır.

Xudaferin.eu

16:12