Serbiya ilə Kosovo arasında gərginlik artır

Serbiyanın Kosovo rəhbərliyi ilə məsləhətləşmədən Belqrad - Mitroviça arasında qatar səfərləri təşkil etməsilə başlayan gərginlik artır. Kosovo prezidenti Haşim Taci Belqrad rəhbərliyinin qatar səfərlərindən sonra  provakasiya xarakterli hərəkətləri davam etdirdiyini və Şimali Mitroviçada silah paylandığını söylədi.  Kosovalı jurnalistlərə müsahibə verən Taci Mitroviçada sülhün pozulmasına yol verməyəcəklərini vurğuladı.  Qeyd edək ki, Serbiya Kosovo rəhbərliyinin razılığını almadan serb əhalinin əksəriyyət təşkil etdiyi Şimal Mitroviçaya yanvarın 14-də sərnişin qatarı səfərləri başladıb. Qatarın Kosovo təhlükəsizlik qüvvələri tərəfindən sərhəddə dayandırılmasından sonra açıqlama verən Serbiya prezidenti Tomislav Nikolic Kosovodakı serbləri qorumaq üçün lazım gələrsə, silahlı qüvvə göndərəcəklərini deyib.

Xudaferin.eu

11:08