Selin Hüseynova Azərbaycanı Latviyada keçirilən beynəlxalq müsabiqədə təmsil edib

 

Latviyanın Bauskas şəhərində gənc pop-musiqi ifaçılarının X beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Latviya, Litva, Estoniya, Rusiya, Belarus, Moldova, Bolqarıstan və digər ölkələrdən ifaçılar iştirak ediblər. Müsabiqə iştirakçıları bir vokal kompozisiya ifa ediblər. Beynəlxalq müsabiqədə bir gün rəqs kollektivi üçün ayrılıb.

Azərbaycanı müsabiqədə 8 yaşlı Selin Hüseynova təmsil edib. O, Bakı 132-134 nömrəli Təhsil Kompleksində oxuyur. Selin Hüseynova "Bonny M" qrupunun repertuarından "Sunny" mahnısını ifa edib. Münsiflər heyəti Selin Hüseynovanı vokal ifaya görə 9-10-9, aktyorluq məharətinə görə 6-7-6 balla qiymətləndiriblər. Münsiflər heyətinin tərkibində üçüncü ildir ki, Azərbaycan nümayəndələri yer alır. Bu il münsiflər heyətində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Müslüm Maqomayev adına 26 saylı 11 illik musiqi məktəbinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimləri, "Səs Azərbaycan" layihəsinin müəllimi Dmitri Babayev iştirak edirlər. Qaliblərə diplom, mükafat və qiymətli hədiyyələr təqdim olunacaq.

Xudaferin.eu
Latviya, “Riqa Bürosu”

07:09