Sel daşqınlarına görə ölən azərbaycanlılara görə ölkədə matəm elan edimədi

 

İran parlamentinin Azərbaycan Türklərindən ibarət “Türk Fraksiyası” ayağa qalxdı

Güney Azərbaycanın Sulduz, Əcəbşir və Tufarqan şəhərlərində daşqınlar nətcəsində həlak olanların dəfn mərasimi keçirilib. Mərasim ölü sayının çox olduğu Əcəbşir şəhərinin Çinar kəndində düzənlənib. Dəfn mərasimində iştirak etmək istəyənlər üçün xüsusi avtobuslar ayrılıb. Rəsmi məlumatlara görə, ölü sayı artıq 48ə çatıb. Ancaq sayın su həddinin artacağı təxmin edilir.

Yerli sakinlər İran mollakratiya rejiminin dövlət qurumlarının bu qədər biganəliyindən şikayətlənməkdə davam edir. Belə bir zamanda məsələ parlamentin də gündəmində olub. Urmu şəhərini parlamentdə təmsil edən deputat Nadir Qazipur hökuməti kəskin şəkildəd tənqid edərək sakinlərə qarşı hökumıti biganəlikdə ittiham edib. Eyniz amanda 48 nəfərin ölümünə baxmayaraq bütün ölkədə yox, ancaq hadisənin baş verdiyi Güney  Azərbaycanın Urmu vilayətində matəm elan edilməsinə qarşı çıxıb.

Qeyd edək ki, Nadir Qazipur İran parlamentindəki Güney Azərbaycan adına “Türk Millət Vəkilləri Fraksiyası”nın rəhbərlərindən biridir.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

05:54