Sekuta: "ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır"

 

"ABŞ dünyanın digər dövlətləri kimi Dağlıq Qarabağın müstəqilliyini tanımır".

Bu sözləri jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"un keçirilməsi barədə sualı cavablandırarkən deyib.

R.Sekuta bildirib ki, ATƏT-in Minsk qrupunun son bəyanatında deyildiyi kimi, nə ABŞ, nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır.
Qeyd edək ki, bölücü “Dağlıq Qarabağ Rejimi” 1989-cu ildən indiyə kimi artıq neçənci dəfədir ki, saxtakarlıq edərək “referendumlar” keçirməyə cəhdlər göstərib. Siyasi analitiklərin də qeyd etdikləri kimi, Ermənistanda siyasi-ictimai durum hər dəfə pisləşən kimi, dərhal qondarma “DQR” ssenarisi gündəmə gətirilir. Beləliklə də İrəvandakı “hərb partiyası” öz iqtidarlığını qorumaq üçün “DQR kartı”ndan yararlanmağa cəhd edir. İndiki halda beynəlxalq birliyin qondarma “DQR”dəki referandumu tanımamaq haqqında verdiyi verdiyi açıqılamalar da bunu təsdiq edir.

TREND İA

 

10:11