Seçki qurbanı Mustafanın anası həbs edilib

 

Güney Azərbaycanda İran mollakratiya rejimi 2009-cu ildə hökumətə qarşı keçirilən etirazlarda öldürülən 26 yaşlı Mustafa Kərimbəylinin anasını həbs edib. Bu ilin 25 yanvarından bəri Tehranda öz qəddarlığı ilə məşhur olan  və işgəncələr yuvası kimi tanınan “Evin həbsxanası”nda saxlanan Şahnaz Kərimbəyli ilə bağlı “Human Rights Watch” təşkilatı açıqlama yayıb.

Mustafa Kərimbəyli 2009-ci ilin mübahisəli prezident seçkiləri zamanı etirazlarda öldürülüb. Oğlunun ölümündən sonra anası Şahnaz xanım onun qatillərinin cəzalandırılması üçün müxtəlif orqanlara, təşkilatlara müraciət edib. Təhlükəsizlik orqanları onun həbsindən üç həftə sonra ailəsini məlumatlandırıb, həbsinin səbəbləri haqqında isə heç bir açıqlama verməyib.

İran mollakratiya rejiminin təhlükəsizlik orqanları Şahnaz xanımı bu ilin yanvar ayının 25-də iş yerində həbs edib və sonra onun mənzilində axtarış aparılıb. Axtarış zamanı onun laptopu və başqa elektron cihazları müsadirə olunub. Bundan əvvəl isə Şahnaz xanımın əri və qızı telefon vasitəsilə hədələnib. “Human Rights Watch” təşkilatının açıqlamasına görə, Şahnaz Kərimbəylinin həbsi onun son illərdəki ictimai fəallığı, insan haqları ilə bağlı kampaniyaların və tədbirlərin təşkilatçısı olması ilə bağlıdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

08:30