"Əsəblərinizi oynadan iş yoldaşı beyniniz üçün əladır"

Demək olar ki, hamı problemsiz, firavan iş mühiti və eyni ağılda olan iş yoldaşları istəyir. Lakin hollandiyalı neyropsixologiya mütəxəssisi, professor Erik Scherder, beynin sağlamlığı üçün bunun əksini müdafiə edir.

Scherder-ə görə iş yerində sizi narahat edən, əsəblərinizi oynadan insanlar varsa, bundan məmnun olmalısınız. Çünki, əsəb korlayan bir iş yoldaşı, beyin üçün ecazkar bir şeydir!

Professor deyir ki, gündəlik həyatda rahatlıq insanlar üçün o qədər də yararlı bir vəziyyət deyil.

Scherder-ə görə, problemsiz, heç bir şey etmədən keçirilən bir gün beyin üçün arzuolunmaz və "boş yerə keçirilmiş" bir zamandır.

"Beyin problemlərdən faydalanır", Scherder deyir.

"Problem yaratmamalısınız, amma bir problem varsa çözməlisiniz. Bərbad, əsəb korlayan bir iş yoldaşı əlbəttə ki, əladir! İclaslarda şikayət edər, bunu həll etməyə məcbur olursunuz. Cansıxıcıdır, amma beynin həlletməsi lazım olan bir işdir".

Dr. Scherder deyir ki, cansıxıcı bir iş yoldaşı ilə keçinmək üçün maddələr mübadiləsi də sürətlə işləyir və beyində daha çox təmas nöqtələri yaranır.

Erik Scherder, nəticədə "informasiya anbarının" yarandığını və beynin sağlam qaldığını vurğulayır.

"Stress bir fəlakət deyil, təbii xronik olanları istisnadır", hollandiyalı professor əlavə edib.

Xudaferin.eu

21:51